Dəfinə liseyi
Dəfinə liseyi-uğurlu təhsil ocağı

Dəfinə liseyi tarixi


Masallı şəhəri "Dəfinə" məktəb-liseyi — Azərbaycan Respublikasının Masallı şəhərində ümumi təhsil müəssisəsi.

Masallı şəhərindəki "Dəfinə" məktəb-liseyi 1997/1998-ci tədris ilindən fəaliyyət göstərir. Məktəb-lisey əvvəllər ümumi orta məktəb kimi mövcud olan Masallı şəhər 4 saylı məktəbin bazasında yaradılmışdır. Məktəb-lisey riyaziyyat və xarici dil təmayüllüdür. Məktəb-liseyə rayonun qabaqcıl fənn müəllimləri dəvət edilmiş, şagirdlər müvafiq yoxlamalardan sonra seçilmişdilər. Məktəb-liseyin ilk direktoru Qabaqcıl marif xadimi Hacı Alışan Soltanov olmuşdur. Məktəbin ilk müəllimləri Ədalət Nemətov, Soltanağa Cəfərov, Rasif Cabbarov, Mürvət Abbasov, Hakim Mövsümov, Əhməd Məmmədov olmuşlar. Məktəb-lisey 2008/2009-cu tədris ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Hazırda məktəb-liseyin direktoru Vidadi Nəzərovdur. Məktəb-liseydə Azərbaycan Respublikasının əməkdar müəllimləri Əlinaz Talıbov, Əhməd Məmmədov, "Tərəqqi" medallı müəllimlər Ədalət Nemətov, Vidadi Nəzərov və onlarca başqa müəllimlər gənc nəslin təlim-tərbiyəsinə layiqli töhvələrini verirlər.
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol