Dəfinə liseyi
Dəfinə liseyi-uğurlu təhsil ocağı

Əhməd Məmmədov


Məmmədov Əhməd Əbülfəz oğlu 1961-cı il 29 iyulda Masallı rayonunun Ağakişibəyli kəndində anadan olmuşdur. 1978-ci ildə Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə indiki ADPU-nun filologiya fakültəsinə daxil olmuşdur. 1983-cü ildə universiteti bitirmişdir.1983-1990-cı illərdə Təzə Alvadı kənd orta məktəbində,1990-1996-cı illərdə Binə Xocavan kənd orta məktəbində müəllim işləmişdir. 1996-cı ildən bu gunə qədər isə "Dəfinə" məktəb liseyində müəllim işləməkdədir. Hal-hazırda təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən M.Əhməd 2000-ci ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin respublika turunun qalibi olmuşdur. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 30 sentyabr tarixli 504 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol